Finss.az - Kürdəmir rayonunda Aşağı Şirvan Kollektorunun üzərindəki hidrometrik postun əsaslı təmiri işlərinə başlanır.
İşlər PK680+00 hidrometrik postunda aparılacaq. Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsi müvafiq hazırlıq işlərini başa çatdırıb və bu işlərin icrasını “MRB Construction” MMC-yə həvalə edib. Müqaviləyə əsasən, təmir işləri 31 min manata başa gələcək.
“MRB Construction” MMC 2022-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 10 manatdır. MMC-nin qanuni təmsilçisi Yasəf Elburus oğlu Yaqubovdur.