Finss.az - Bakıda tramvay xətlərinin çəkilməsi ilə bağlı effektiv ərazilər müəyyənləşdirilib. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, tramvaylar Mehdiabad qəsəbəsindən Azadlıq prospektinə, Binəqədi və "28 May" metrostansiyasına qədər olan ərazilərdə faydalı ola bilər. Eyni zamanda, "Seabreeze" istiqamətində yeni yaşayış məntəqələrinin yaradılması tramvay xəttinin burada da effektiv olacağına işarə edir.
Nəqliyyat məsələləri üzrə ekspertlər tramvayların tıxacın azaldılmasında əhəmiyyətli rol oynayacağını vurğulayırlar. Rauf Ağamirzəyev, tramvayların və digər ictimai nəqliyyat vasitələrinin tıxaca qarşı mübarizədə vacib alternativlər olduğunu qeyd edib. Aslan Əsədov isə, tramvay xətti avtomobil yollarından ayrı olaraq çəkiləcəksə, bu nəqliyyatın effektivliyini artıracağını bildirib.
Tramvay xətləri Bakı şəhərində 1924-2004-cü illərdə fəaliyyət göstərib və hazırda yeni layihələrlə şəhərin nəqliyyat sisteminə qatılacaq.