Finss.az yerli fan səhifələrinin məlumatına istinadən xəbər verir ki, İctimai Televiziya, "Avroviziya 2025" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək müğənninin adını açıqlamağa yaxınlaşır. Hazırda üç məşhur ad arasında seçim aparılır:
- Mehin Hümbətova
- Nataone
- Murad Arif
Nümayəndə heyətimizin rəhbəri Nurlana Cəfərova, bu üç adın müzakirə olunmasına dair çıxan söz-söhbətlərə cavab verib və prosesin şəffaf şəkildə davam etdiyini bildirib. Cəfərova, seçimin yaxın zamanda tamamlanacağını vurğulayıb.