Cəmiyyət

18 Oktyabr

Azərbaycanda ümumölkə ağacəkmə aksiyası keçiriləcək

2024-cü il Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib.

Finss xəbər verir ki, bu çərçivədə ölkə üzrə genişmiqyaslı ağacəkmə aksiyası təşkil olunacaq. Aksiya oktyabrın 18-dən 27-dək keçiriləcək və 85 şəhər və rayonun iştirakı ilə həyata keçiriləcək.

Aksiya zamanı ümumilikdə 2 401 hektar ərazidə 1 milyon 611 min ağac və kol bitkiləri əkiləcək. Bakıda 619 min, Naxçıvanda 89 min, digər bölgələrdə isə 903 min ağac əkilməsi planlaşdırılır. Əsasən həmişəyaşıl ağaclar, dekorativ kol bitkiləri və meyvə ağacları əkiləcək.

Bu təşəbbüs ölkədə yaşıllıqların artırılmasına və qlobal iqlim dəyişikliklərinə qarşı mübarizəyə dəstək məqsədi daşıyır.