Cəmiyyət

16 Oktyabr

Azərbaycanda pərakəndə ticarət: 2024 hesabatı

2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 42,7 milyard manat təşkil edib.

Finss xəbər verir ki, bu məblğdən 23,5 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 19,2 milyard manatı isə qeyri-ərzaq məhsullarına aiddir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət 3,6% artım nümayiş etdirib. Ərzaq məhsulları üzrə artım 1,8%, qeyri-ərzaq məhsulları üzrə isə 5,7% təşkil edib.

Eyni zamanda, əmək müqavilələrinin sayı 44 min artaraq 1 milyon 852 min 887-ə çatıb, bu da iş imkanlarının genişlənməsini göstərir.

Ümumilikdə, bu dövr pərakəndə ticarət üçün müsbət nəticələrlə yadda qalıb, istehlakın artması və iqtisadi inkişafın davam edəcəyi gözlənilir.