BİZNES

04 Fevral

“İqtisadi islahatlar” jurnalının 11-ci sayı nəşr olunub

Finss.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təsisçisi olduğu “İqtisadi islahatlar” elmi-analitik jurnalının 11-ci sayı işıq üzü görüb.

Jurnalın bu sayında aktual mövzulara həsr edilən Azərbaycan və ingilis dilində doqquz məqalə çap olunub. Məqalələr

“Azərbaycanda büdcə qaydalarının təhlili və fiskal dayanıqlılıq” (//journal.ereforms.org/az/article/116/2024-2-11) ,

“Azərbaycanda karbon ayaqizinin iqtisadi artıma təsirinin təhlili” (//journal.ereforms.org/az/article/119/2024-2-11 ),

“Strateji sənədlərin icra səviyyəsinin ölçülməsi metodları və onların aqrar siyasətin qiymətləndirilməsində tətbiqi” (//journal.ereforms.org/az/article/117/2024-2-11 ),

“Pul – kredit siyasətinin səmərəlilik göstəricilərinin iqtisadi inkişafa təsiri” (//journal.ereforms.org/az/article/120/2024-2-11 ),

“Azərbaycanda Xüsusi İqtisadi Zonaların ölkənin qeyri-neft sektorunda rolu” (//journal.ereforms.org/az/article/121/2024-2-11 ),

“Karbon dioksid (CO2) qazı emissiyaları ilə ticarətin “yaşıl iqtisadiyyat”ın inkişafına təsiri” (//journal.ereforms.org/az/article/123/2024-2-11 ),

“Azərbaycanda istehlakçıların halal sənaye məhsullarına münasibətinin qiymətləndirilməsi” (//journal.ereforms.org/az/article/118/2024-2-11 ),

 “Qiymət Diskriminasiyası, Mənimsənilən Motivlər, Qiymət Ədalətliliyi Qavrayışı və Dəyişmə Xərclərinin İstehlakçı Davranışının Formalaşmasında Qarşılıqlı Əlaqəsi” (//journal.ereforms.org/az/article/122/2024-2-11 ),

“Xəzər dənizinin ekoloji problemlərinin həllində yaşıl texnologiyaların rolu” (//journal.ereforms.org/az/article/124/2024-2-11 )mövzularını əhatə edib.

Onu da qeyd edək ki, 2024-cü ildən etibarən jurnal fəaliyyətini "online first publication" prinsipinə uyğun qurub və  il ərzində iki dəfə (yanvar və iyul aylarında) kağız variantda oxuculara təqdim olunur.

Eyni zamanda, 2024-cü ildən etibarən jurnalda çap olunan məqalələr üçün Rəqəmsal Obyekt İdentifikatoru (DOI - Digital Object Identifier) alınmağa başlanılıb və məqalələrin RePEc (Research Papers in Economics) bazasına yerləşdirilməsi ilə bağlı iş aparılır.

Jurnalla tanış olmaq üçün keçid linki: //journal.ereforms.org/az/journal/11/2024-2-11

Zemfira Ms
Finss.az