BİZNES

30 Yanvar

Shell-n mənfəəti azalıb

Finss.az - Böyük Britaniya-Niderland neft və qaz şirkəti Shell, 2024-cü ilin dördüncü rübündə mənfəətini əvvəlki rüb ilə müqayisədə 39% azalıb.

Şirkətin açıqladığı məlumata görə, oktyabr-dekabr aylarında qeyri-adi amillər nəzərə alınmadan mənfəət 3,66 milyard dollar olub, bu isə əvvəlki rübdəki 6,03 milyard dollarla müqayisədə aşağıdır. Shell-in analitiklərə təqdim etdiyi konsensus proqnozu 4,1 milyard dollar səviyyəsində idi.

Düzəldilmiş EBITDA isə 16,01 milyard dollardan 14,28 milyard dollara enib. Xalis mənfəət 928 milyon dollar olub, əvvəlki rübdə əldə edilən 4,29 milyard dollarla müqayisədə ciddi azalma müşahidə edilib. Shell-in gəliri 66,28 milyard dollar olub, bu da əvvəlki rübün 71,09 milyard dolları və ötən ilin eyni dövrünün 78,73 milyard dolları ilə müqayisədə azalma göstərir. Şirkət həmçinin neft və qaz istehsalını əvvəlki rüb ilə müqayisədə 1% artıraraq gündə 2,82 milyon barrel neft ekvivalentinə çatdırıb.

Shell, növbəti rüb hesabatını dərc etməzdən əvvəl 3,5 milyard dollar dəyərində səhmlərin geri alışı həyata keçirəcəyini də bildirib. Şirkət, eyni zamanda, rüblük dividendləri 4% artıraraq hər səhminə 35,8 sent müəyyən edib.