Finss.az - Fransız alkoqol istehsalçısı Remy Cointreau SA 2024-2025 maliyyə ilinin üç rübündə (aprel-dekabr) illik əsasda gəlirini 18% azaldaraq 787,8 milyon avroya çatdırıb.
Şirkət bu məlumatı öz hesabatında açıqlayıb. Üçüncü maliyyə rübündə orqanik gəlir azalması (valyuta məzənnələrindəki dəyişikliklər və işin alqı-satqısı nəzərə alınmadan) 21,5% təşkil edib. Remy Cointreau-nun konyaq istehsalı bölməsi, ilin ilk üç rübündə 18,9% azalmayla 497,2 milyon avroya enib. Eyni zamanda, digər alkoqol məhsullarının satış gəliri 14,7% azalarak 274,2 milyon avroya düşüb.
Şirkət hələ də cari maliyyə ilinin yekununda orqanik satış azalmasının 15-18% arasında olacağını gözləyir.
Bundan əlavə, Remy Cointreau-nun kapitalizasiyası son 12 ayda 38% azalıb və 3,1 milyard avroya düşüb. Bu dövr ərzində Fransız fond bazarının əsas göstəricisi olan CAC 40 indeksi isə 2,9% artıb.
Remy Cointreau, 1991-ci ildə Remy Martin və Cointreau şirkətlərinin birləşməsi nəticəsində yaranıb və hazırda Eriar Dubreya ailəsi tərəfindən idarə olunur. Şirkət Remy Martin və Louis XIII konyaqları, Mount Gay romu, Metaxa brendi, Piper-Heidsiek, Charles Heidsiek və F.Bonnet şampanları, Cointreau və Passoa likörləri istehsal edir.