BİZNES

29 Yanvar

LVMH-nin gəliri və mənfəəti azalıb

Finss.az - LVMH, 2024-cü ildə təmiz mənfəətini 17%, gəlirini isə 2% azaldıb.

Şirkətin təmiz mənfəəti 12,55 milyard avro, gəliri isə 84,68 milyard avro olub. İllik əməliyyat mənfəəti 14% azalıb və 19,57 milyard avroya düşüb. Yaponiya bazarında yenanın zəifləməsi nəticəsində orqanik gəlir artımı 1% olub.

LVMH-nin dəb və dəridən hazırlanmış məhsullar, saat və zinət əşyaları, alkoqollu içkilər satışlarında azalma müşahidə edilsə də, şəbəkə mağazaları və parfüm-kosmetika seqmentində artım əldə edilib.

Şirkət, Bernard Arnoya məxsusdur və 80 ölkədə 5,66 min mağazaya malikdir.