BİZNES

27 Yanvar

"Rosseti Sibir" iflas riski ilə üzləşir: 24 mld. rubl zərər

Finss.az - "Rosseti" şirkəti alt qurumu olan "Rosseti Sibir"in maliyyə vəziyyətindən narahatdır və bu problemi həll etmək üçün Sibirdə vahid tarif zonası yaradılmasını təklif edib.

Şirkət, kredit faizlərinin artması ilə əlaqədar 2025-ci ildən etibarən investisiya və təmir proqramlarını maliyyələşdirməkdə çətinlik çəkəcəyini bildirib. "Rosseti Sibir"in topladığı zərər artıq 24 milyard rublu keçib və şirkət borcun və EBITDA-nın nisbətinin 6-dan yüksək olduğunu açıqlayıb.

Hökumət, bu məsələnin istehlakçılar üçün nəticələrini təhlil edir.