BİZNES

24 Yanvar

"RABİTƏBANK" ASC AÇIQ TENDER ELAN EDİR

"RABİTƏBANK" ASC açıq tender elan edir.

Finss.az şirkətin tender üzrə tələb və şərtlərini təqdim edir:

Tenderin adı: “Dynatrace sisteminin lisenziyalarının 1 illik yenilənməsi ”

Tenderin elan tarixi: 24.01.2025

Tenderin son tarixi: 03.02.2025, saat 13:00.

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:

  • İştirakçı şirkətin bu sahədə təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)
  • İşin icra müddəti qeyd edilməsi mütləqdir
  • Zəmanət müddəti və texniki dəstək şərtlərinin uyğunluğu
  • Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli
  • Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
  • Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)
  • Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
  • Şirkətin son 1 il üzrə rəsmi maliyyə hesabatı
  • Şirkətin son 1 il ərzində vergi borcunun olmaması haqqında rəsmi arayış

Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə 3 fevral 2025-ci il tarixinədək (Bakı şəh., AZ 1010, 28 May küç. 33) ünvanına göndərilməlidir.

Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər [email protected] elektron ünvanına və ya +99450 270 72 20 nömrəsinə müraciət edə bilərlər.

Zemfira Ms
Finss.az