BİZNES

24 Yanvar

Ötən il ölkədən 293,7 milyon dollarlıq kimya sənayesi məhsulları ixrac edilib

Finss.az - 2024-cü il ərzində ölkədən 293,7 milyon ABŞ dolları dəyərində 1,1 milyon tondan çox kimya sənayesi məhsulları ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2023-cü ilin göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 18,3 faiz və ya 45,4 milyon dollar, həcm baxımından isə 18 faiz və ya 169,4 min tondan çox artım qeydə alınıb.

Ötən ilin nəticələrinə görə, kimya sənayesi məhsullarının ümumi ixracda xüsusi çəkisi 1,11 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 8,75 faizə bərabər olub.