Finss.az - 2024-cü il ərzində Azərbaycandan Xorvatiyaya 873,3 milyon ABŞ dolları dəyərində 1,43 milyon tondan çox bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2023-cü ilin göstəricilərini dəyər ifadəsində 47,9 faiz və ya 282,9 milyon dollar, həcm baxımından isə 47,3 faiz və ya 461 min ton üstələyir.
Qeyd edək ki, ötən il ərzində ölkədən ümumilikdə 14,43 milyard dollar dəyərində 23,59 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Xorvatiya 3-cü yerdə qərarlaşıb və ixrac həcminin 6,08 faizi məhz bu ölkənin payına düşüb.