BİZNES

23 Yanvar

İqtisadi Strategiyanın 2024-cü il hesabatı: Görüşlərə start verilib

Finss.az - "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2024-cü ilin yekun monitorinq və qiymətləndirməsinə dair ümumi hesabatın müzakirələrinə start verilib.

Müzakirələrdə ötən il ərzində hədəflənmiş işlərin icra vəziyyəti müzakirə edilir. “İqtisadi artım”, “Makroiqtisadi dayanıqlılıq”, “İnklüziv sosial inkişaf və sosial təminat”, “İnsan kapitalı və təhsil”, “İnnovasiya”, “Sağlam həyat tərzi”, “Ekoloji məsələlər”, “Yaşıl enerji məkanı” işçi qruplarının görüşləri barədə məlumatı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu www.monitoring.gov.az saytından (Təqvim bölməsindən) əldə etmək mümkündür. Bu rəsmi saytın rəqəmsal təqvimi vasitəsi ilə görüşlər barədə əvvəlcədən məlumatlar təqdim olunur.

Zemfira Ms
Finss.az