Finss.az - 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 30 254,8 min ton olub, bu da illik müqayisədə 1%-ə yaxın artım deməkdir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, yüklərin 46%-i (13 906,7 min ton) dəmir yolu, 30,1%-i (9 105,4 min ton) avtomobil nəqliyyatı, 23,9%-i (7 242,7 min ton) isə dəniz nəqliyyatı ilə daşınıb.
Hesabat dövründə daşınmış yüklərin 57%-i (17 245,6 min ton) tranzit yüklərdən ibarət olub.