Finss.az - 2024-cü ildə Azərbaycanda magistral qaz kəmərləri ilə 40 348,3 milyon kubmetr qaz nəql edilib, bu da əvvəlki ilin göstəricisinə nisbətən 2,7% artım deməkdir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, qaz nəqlinin 56,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
Bu boru kəməri ilə "Şahdəniz" qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.
Hesabat dövründə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 22 851,9 milyon kubmetr qaz ötürülüb, bu da 4,3% artım göstərib.
2023-cü ildə isə Azərbaycanda magistral qaz kəmərləri ilə 39 806,9 milyon kubmetr qaz nəql edilib və əvvəlki ilə nisbətən 1,4% artım qeydə alınıb. Bu qazın 54,8%-i Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə daşınıb, bu kəmərlə 21 800,1 milyon kubmetr qaz ötürülüb ki, bu da 2022-ci ilə nisbətən 4,82% artım olub.