BİZNES

17 Yanvar

Azərbaycanda kənd təsərrüfatı məhsulunun dəyəri 13 milyard manat olub

Finss.az - 2024-cü ildə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 12 995,2 milyon manat olub, bunun 6832,9 milyon manatı heyvandarlıq, 6162,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Dövlət Statistika Komitəsinin məlumatına görə, kənd təsərrüfatı istehsalı 2023-cü illə müqayisədə 1,5% artıb, heyvandarlıq məhsulları üzrə artım 1,7%, bitkiçilik məhsulları üzrə isə 1,1% olub.

2024-cü ildə 659 min ton ət, 2298,5 min ton süd, 2300,8 milyon ədəd yumurta, 14,8 min ton yun və 239,4 ton barama istehsal olunub. 2023-cü illə müqayisədə ət istehsalı 1,7%, süd istehsalı 0,6%, yumurta istehsalı 5,1% artıb, yun istehsalı 2,2%, barama istehsalı isə 32,9% azalıb.