BİZNES

17 Yanvar

Azərbaycanın xam neft və təbii qaz hasilatı 1,2% artıb

Finss.az - 2024-cü ildə Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 41 179,5 milyon manat olub, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1% artım deməkdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ümumi göstəricidən 38 009,6 milyon manat xam neft və təbii qazın hasilatının payına düşüb, bu da illik müqayisədə 1,2% artıb.

Sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 28 997 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 38 668,6 milyard kub metr təşkil edib. Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6% azalıb, əmtəəlik qaz hasilatı isə 6,2% artıb.

Hesabat dövründə Azərbaycanda cəmi 29 063 min ton neft (3,6% azalma) və 50 596,7 milyon kubmetr qaz (4,3% artım) hasil edilib.