BİZNES

17 Yanvar

Ötən il Azərbaycan 2663.5 kq qızıl, 3184.9 kq gümüş istehsal edib

Finss.az - 2024-cü ildə Azərbaycanda 2663.5 kq qızıl və 3184.9 kq gümüş istehsal edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, qızıl istehsalı əvvəlki illə müqayisədə 3.5%, gümüş istehsalı isə 14% azalıb.

2025-ci il yanvarın 1-nə qızıl və gümüş üzrə hazır məhsul ehtiyatı müvafiq olaraq 56 kq və 334.9 kq təşkil edib.