Finss.az - Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu ilə Gəncə Şəhər İcra Hakimiyyətinin İnzibati bina idarəsi arasında satınalma müqaviləsi imzalayıb.
Müqaviləyə əsasən, Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasında xidməti otaqlar 2025-ci il müddətinə “Azərdövlətlayihə” İnstitutuna icarəyə veriləcək. İnstitut, Gəncə Şəhər İcra Hakimiyyətinə icarə haqqı olaraq 8 min 400 manat ödəniş edəcək.