Finss.az - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki "Hərracların Təşkili Mərkəzi" dövlət mülkiyyətində olan 4 nəqliyyat vasitəsinin özəlləşdirilməsi üçün hərrac təşkil edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna verilən məlumata görə, hərracda 4 nəqliyyat vasitəsi üçün 5 sifariş qəbul olunub. 3 sifarişçi hərracın qalibi olub, 1 nəqliyyat vasitəsi üçün sifariş olmadığından həmin hərrac baş tutmamış sayılıb.