Finss.az - 2024-cü ildə Azərbaycanda gömrük xətti ilə büdcə daxilolmaları 6 milyard 648 milyon 703 min manata çatıb, bu da əvvəlki illə müqayisədə 4.9% artım deməkdir.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, gömrük rüsumları üzrə daxilolmalar 1 milyard 790,749 milyon manat (10% artım), ƏDV daxilolmaları 4 milyard 609,130 milyon manat (3.7% artım), aksizlər 204,373 milyon manat (8.9% azalma) və yol vergisi isə 44,449 milyon manat (3.8% artım) olub.