BİZNES

17 Yanvar

Pakistandan Azərbaycana gömrük jesti

Finss.az - Pakistan hökuməti, tranzit və ikitərəfli ticarət yüklərini daşıyan Azərbaycanın qeydiyyatdan keçmiş avtomobillərinin ölkəyə daxil olmasına rəsmi icazə verib.

Federal Gəlirlər Şurası, Azərbaycan-Pakistan Tranzit Ticarət Sazişi çərçivəsində yeni sərəncam verib.

Bu sərəncama əsasən, Azərbaycanın Kəraçi, Məhəmməd Bin Qasim və Qvadar limanlarına və bu limanlar vasitəsilə digər ölkələrə idxal edilən yüklərin daşınması daha asanlaşacaq.

Əlavə olaraq, Azərbaycan dövlət qeydiyyatına alınmış və etibarlı icazələri olan avtonəqliyyat vasitələrinə nəqliyyat rüsumları və vergilər üçün heç bir maliyyə təminatı tələb olunmayacaq.