BİZNES

17 Yanvar

SOCAR Gürcüstanın neft və qazla təminatına davam edir

Finss.az - Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi meqalayihələr, regionda uğurlu əməkdaşlığın nümunəsidir və Cənubi Qafqazın transformasiyasına töhfə verir.

Azərbaycanın baş naziri Əli Əsədov Gürcüstan və Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu İclasının açılışında bildirib ki, bu layihələr regionun enerji və nəqliyyat infrastrukturunu dəyişdirir. Xüsusilə Cənub dəhlizinin əhəmiyyətini vurğulayan Əsədov, SOCAR şirkətinin Gürcüstan bazarına qaz tədarükünü davam etdirdiyini qeyd edib. Neft sektorunda da əməkdaşlıq uğurla davam edir. Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ötən il 30 milyon tona yaxın neft nəql olunub.

Əsədov həmçinin, Azərbaycan və Gürcüstanın birgə Avropaya "yaşıl enerji" körpüsü tikdiyini vurğulayıb. Qara dənizdən sualtı enerji naqilinin çəkilməsi layihəsi Avropanın enerji təhlükəsizliyi üçün vacib əhəmiyyət kəsb edir.