Finss.az - 2024-cü ildə Azərbaycanda sənaye müəssisələri və fərdi sahibkarlar 64,1 milyard manatlıq sənaye məhsulu istehsal edib, bu da 2023-cü ildən 1,1% çoxdur.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Neft-qaz sektorunda məhsul istehsalı 0,5% azalıb, qeyri-neft-qaz sektorunda isə 7,3% artıb.
Sənaye məhsulunun 64,3%-i mədənçıxarma, 29,8%-i emal, 4,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, 1%-i isə su təchizatı və tullantıların təmizlənməsi sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3,6% azalıb, qaz hasilatı isə 6,2% artıb.