Finss.az - 2024-cü ildə Azərbaycanda əsas kapitala 21,4 milyard manat investisiya qoyulub, bu isə 2023-cü ilə nisbətən 0,7% azalma göstərir.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Neft-qaz sektoruna qoyulan investisiyalar 10,2% azalıb, qeyri-neft-qaz sektoruna isə 3,3% artım olub.
İstifadə olunan investisiyanın 49,6%-i məhsul istehsalı, 38,4%-i xidmət sahələri və 12%-i yaşayış evlərinin tikintisinə yönəldilib.
Daxili investisiyalar 84,7% təşkil edib və əsas kapitala yönəldilən sərmayənin 72,4%-i tikinti və quraşdırma işlərinə sərf olunub.