Finss.az - Avropa İttifaqı (Aİ) 2024-cü ildə təxminən 313 milyard kubmetr qaz istehlak edib.
Bu dövrdə Aİ-yə boru kəməri qazı tədarükləri, əsasən Rusiya, Norveç və Azərbaycandan, 3% artaraq 157 milyard kubmetrə çatıb.
Dekabr ayında Aİ-də qaz istehlakı ötən ilin eyni dövrü ilə müqayisədə 9,3% artaraq 40 milyard kubmetrə yüksəlib.
2024-cü ilin noyabrına nisbətən dekabrda Aİ-yə boru kəməri qazı idxalı 2% artıb, 2023-cü ilin dekabrından isə 1% çox olub.