BİZNES

17 Yanvar

3,1 milyon manatlıq informasiya sistemi yaradılacaq

Finss.az - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən Dövlət İnvestisiyalarının İdarəedilməsi İnformasiya Sistemi yaradılacaq.

Bu layihə ilə əlaqədar müvafiq xidmətlər artıq başlanıb.

Yeni sistemin yaradılması üçün 3,1 milyon manat vəsaitin xərclənəcəyi proqnozlaşdırılır.

2021-ci ildə dövlət qeydiyyatına alınan və 1,037,335.75 manat nizamnamə kapitalına sahib olan MMC-nin qanuni təmsilçisi Anar Sabir oğlu İsgəndərovdur.