BİZNES

17 Yanvar

Çin şirkəti Azərbaycanda “ağıllı elektrik şəbəkələri”nin yaradılmasına dəstək olacaq

Finss.az - Çinin “Dongfang Electronics Corporation” şirkəti Azərbaycanın "ağıllı elektrik şəbəkələri"nin yenidən qurulması və "yaşıl enerji"nin inkişafına öz təcrübəsini qatmağa hazırdır. Şirkətin Baş direktor müavini Şitan Cao jurnalistlərə açıqlamasında, Bakıda keçirilən COP29 iqlim konfransı çərçivəsində “Azərişıq” ASC ilə əməkdaşlıq imkanlarının müzakirə edildiyini bildirib.

“Dongfang Electronics Corporation” elektrik paylayıcı və ötürücü sistemlər üzrə qlobal liderdir və 50-dən çox ölkədə fəaliyyət göstərir. Şirkət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində müasir texnologiyaların tətbiqinə, SCADA sistemi və "yaşıl enerji" layihələrinə dəstək verməyə hazırdır.