BİZNES

16 Yanvar

Məşhur MTK bu səbəbdən yenidən təşkil olunacaq

Finss.az - "Stronghold Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ləğv olunur.

Bu addımın səbəbi "Gloria Palace" Mənzil-Tikinti Kooperativinə (MTK) qoşulmasıdır.

Bu səbəbdən, "Gloria Palace" Mənzil-Tikinti Kooperativi (MTK) yenidən təşkil olunacaq.

Qeyd edək ki, "Gloria Palace" MTK 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 150 manat olan MTK-nın qanuni təmsilçisi Rəhimli Sənan Mirsabir oğludur.

Ləğv olunacağı elan edilən "Stronghold Construction" MMC isə 2022-ci ildə dövlət qeydiyyatından keçib. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin qanuni təmsilçisi Mansurov Kazım Tofiq oğludur.