BİZNES

16 Yanvar

TDT iclasında gömrük əməkdaşlığına dair sazişlər imzalanıb

Finss.az - Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Gömrük Xidməti Rəhbərlərinin X İclasında mühüm sənədlər imzalanıb.

İclas çərçivəsində aşağıdakı sənədlər təsdiq olunub:

  • TDT Gömrük Xidməti Rəhbərlərinin X İclasının Protokolu;
  • Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması haqqında Saziş çərçivəsində üzv dövlətlərin gömrük administrasiyaları arasında Məlumat Mübadiləsinin Texniki Şərtləri;
  • BYD Konvensiyasına (1975, Cenevrə) uyğun olaraq e-BYD prosedurunun tətbiqi üzrə Fəaliyyət Planı.

Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğız Respublikalarının gömrük xidmətləri rəhbərləri iştirak edib.

Bununla yanaşı, BMT, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı, Gürcüstan və Macarıstan gömrük xidmətlərinin nümayəndələri də iclasa qatılıb.