BİZNES

16 Yanvar

2024-cü ildə Azərbaycanın iqtisadi artımını təşkil edən sahələr: Sstatistik göstəricilər

Finss.az - Ötən il Azərbaycanda 126,3 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 4,1 faiz artım göstərir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,3 faiz, qeyri-neft-qaz sektorunda isə 6,2 faiz artıb.

ÜDM istehsalının sahələr üzrə payı belə olub:

  • 35,9% sənaye,
  • 10,7% ticarət və nəqliyyat vasitələrinin təmiri,
  • 7,0% nəqliyyat və anbar təsərrüfatı,
  • 6,7% tikinti,
  • 5,7% kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq,
  • 2,4% turistlərin yerləşdirilməsi və ictimai iaşə,
  • 1,9% informasiya və rabitə,
  • 19,9% digər sahələrə aiddir.

Məhsula və idxala xalis vergilər ÜDM-in 9,8 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 12,382.5 manat olub.