Finss.az - Türkdilli Dövlətlər Təşkilatına üzv ölkələrin gömrük və ticarət xidmətlərini genişləndirmək üçün bir çox imkanların olduğunu vurğulayan Türkiyənin ticarət nazirinin müavini Sezai Uçarmak, ticarətə əngəl olan məsələlərdən birinin mal və daşıyıcı arasındakı əlaqənin düzgün anlaşılmaması olduğunu qeyd edib.
O, bu məsələni həll etməyin ticarət problemlərini aradan qaldıracağını bildirib və Dünya Gömrük Təşkilatının iclaslarında iştirak etdiklərini, bu strategiyaları ticarət həyatına daxil etməyin faydalı olacağını vurğulayıb.
Hazırda Bakıda keçirilən Türkdilli Dövlətlər Təşkilatının gömrük xidməti rəhbərlərinin X iclası çərçivəsində bir sıra yeni sazişlərin imzalanması gözlənilir.