Finss.az - Dövlət Statistika Komitəsinin 2024-cü ilin dekabrın 1-nə olan məlumatına görə, Azərbaycanda muzdla işləyən işçilərin sayı 1,775 milyon nəfər olub. Bu şəxslərdən 884,4 min nəfəri dövlət sektorunda, 890,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir.
Əməkhaqqı artımı ilə bağlı, muzdla çalışanların orta aylıq nominal əməkhaqqı 996,8 manat olub ki, bu da 2023-cü ilin müvafiq dövrünə görə 8% artım nümayiş etdirir.
İqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə mədənçıxarma sənayesi, maliyyə, sığorta, elmi və texniki fəaliyyət, informasiya və rabitə sahələrində əməkhaqqı daha yüksək səviyyədədir.