BİZNES

16 Yanvar

Özbəkistan vahid hesablama mexanizminin yaradılmasını təklif edir

Finss.az - Özbəkistan Azərbaycanın təşəbbüsü olan Transxəzər Gömrük Tranzit Portalının həyata keçirilməsinə fəal dəstək verir.

Bnu Özbəkistan İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsinin sədri Akmalxuca Mavlonov Türk Dövlətləri Təşkilatının Gömrük Administrasiyaları Rəhbərlərinin 10-cu iclasında bildirib.

Onun sözlərinə görə, ölkəsi tranzit portalından istifadənin hüquqi əsasının imzalanmasını sürətləndirməyi təklif edir. “Sərhəddə yığımların vahid hesablama mexanizminin yaradılması, qeyri-tarif tədbirləri haqqında məlumatlandırma və portalda zəmanətdən istifadə məsələsini öyrənmək lazımdır.

Özbəkistan “Sadələşdirilmiş Gömrük Dəhlizi”nə dair sazişin gələcəkdə tətbiqi məqsədilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ərazilərində bir neçə istiqamət üzrə pilot daşımaların başlanılmasını, bu zaman mövcud ikitərəfli informasiya mübadiləsi kanallarından istifadə edilməsini təklif edir”, - deyə Akmalxuca Mavlonov bildirib.