Finss.az - 2024-cü ildə Azərbaycanda yaşıl enerji istehsalı 28 394,1 milyon kVt·st təşkil edib. Bu istehsalın 3 011,0 milyon kVt·st-i Su Elektrik Stansiyalarından (SES), 51,1 milyon kVt·st-i külək elektrik stansiyalarından, 556,3 milyon kVt·st-i günəş elektrik stansiyalarından, və 232,5 milyon kVt·st-i Bərk Məişət Tullantılarının Yandırılması Zavodundan gəlir.
Yaşıl enerji mənbələrindən istehsal edilən elektrik enerjisi 2023-cü ilə nisbətən 1 728,7 milyon kVt·st artaraq 3 850,9 milyon kVt·st-ə çatıb. 2024-cü ildə “Azərenerji” ASC-nin istehsalı 25 138,6 milyon kVt·st, Naxçıvan MR Dövlət Energetika Xidmətinin istehsalı isə 490,4 milyon kVt·st olub. Külək elektrik stansiyalarından isə 38,5 milyon kVt·st elektrik enerjisi istehsal edilib.
İxrac isə 1 397,5 milyon kVt·st, idxal isə 170,5 milyon kVt·st təşkil edib. 2024-cü ilin dekabr ayında isə elektrik enerjisinin istehsalı 2 466,4 milyon kVt·st, ixracı 142,3 milyon kVt·st, idxalı isə 10,6 milyon kVt·st olub.