BİZNES

16 Yanvar

Kubaniçbek Omuraliyev: Rəqəmsallaşma nəqliyyat və tranzit prosedurlarını sürətləndirəcək

Finss.az - Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubaniçbek Omuraliyev, Bakıda keçirilən Gömrük Administrasiyaları Rəhbərlərinin X İclasında Türk dünyasının elektron yük daşımaları baxımından strateji əhəmiyyətini vurğulayıb. O, qlobal çağırışlar fonunda sərhədlərarası ticarət və nəqliyyat xərcləri kimi çətinliklərlə qarşılaşıldığını qeyd edib.

Baş katib bildirib ki, bu çağırışların həlli regionun iqtisadi dayanıqlılığı və inkişafı üçün həyati önəm daşıyır. Türk Dünyasına Baxış 2040 strateji sənədinə uyğun olaraq, TDT üzv dövlətləri arasında və Orta Dəhliz boyunca gömrük və ticarət proseslərini asanlaşdırmağa yönəlmiş addımlar atılacaq. O, həmçinin Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı ilə əməkdaşlıq çərçivəsində Özbəkistan, Qazaxıstan və Qırğızıstan arasında mərhələli rəqəmsallaşdırılma prosesinin başladılacağını bildirib. Bu rəqəmsallaşma, nəqliyyat və tranzit prosedurlarının daha səmərəli və sürətli icrasına imkan yaradacaq.