BİZNES

16 Yanvar

Gömrük xidmətlərinin rəqəmsallaşdırılması Türk Dövlətləri Təşkilatının əsas prioritetidir

Finss.az - Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Gömrük Administrasiyaları Rəhbərlərinin 10-cu iclasında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Gömrük işi sahəsində əlaqələndirilmənin gücləndirilməsi və inteqrasiyanın dərinləşməsi istiqamətində reallaşan layihələrdən biri kimi Sadələşdirilmiş Nəqliyyat Dəhlizini vurğulayıb.

Bağırovun sözlərinə görə, bu təşəbbüs regionda ticarətin genişlənməsi və iqtisadi əlaqələrin möhkəmlənməsi baxımından strateji əhəmiyyət kəsb edir. O, əlavə edib ki, müasir dövrdə qlobal ticarət axınlarının səmərəli təşkili üçün gömrük xidmətləri arasında koordinasiyanın sürətləndirilməsində rəqəmsallaşma mühüm prioritetlərdən biridir.