BİZNES

16 Yanvar

Bakı Limanı üçün inşa edilən dibdərinləşdirən gəmi tikintisi başa çatır

Finss.az - Bakı Gəmiqayırma Zavodunda inşa edilən “Damen Cutter (CSD) 650” tipli dibdərinləşdirən gəminin tikintisi 2025-ci ildə tamamlanacaq.

Bu barədə Niderlandın “Damen Shipyards Group” şirkətinin nümayəndəsinə istinadən “DredgingToday” saytı məlumat yayıb.

Şirkətin satış üzrə meneceri Aleksandr Şamray bildirib ki, Bakı Gəmiqayırma Zavodu ilə əməkdaşlıqdan məmnun olduqlarını və zavodun komandası tərəfindən layihənin peşəkarlıqla həyata keçirildiyini vurğulayıb. O, həmçinin bu gəminin Bakıdakı tərsanədə inşa edilən ilk belə gəmi olduğunu qeyd edib.

Dibdərinləşdirən gəmi “Mühəndis Soltan Kazımov” adı ilə Bakı Limanı üçün tikilir. Gəminin tikintisi limanın genişləndirilməsi və Xəzər dənizinin səviyyəsinin son beş ildə əhəmiyyətli dərəcədə aşağı düşməsi ilə əlaqədar olaraq vacib sayılır.