BİZNES

16 Yanvar

Azərbaycanın elektrik enerjisi istehsalı və ixracı 2024-cü ildə artıb

Finss.az - Ötən il Azərbaycanda istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb. Energetika naziri Pərviz Şahbazov, 2024-cü ilin yanvar-dekabr aylarına dair operativ məlumatları sosial şəbəkə hesabında paylaşıb.

Məlumata görə, 2024-cü ildə elektrik enerjisinin istehsalı 28 394,1 milyon kVt·st, ixracı 1 397,5 milyon kVt·st, idxalı isə 170,5 milyon kVt·st olub.

2023-cü illə müqayisədə, su elektrik stansiyalarında elektrik enerjisinin istehsalı 1 247,8 milyon kVt·st, günəş elektrik stansiyalarında isə 476,9 milyon kVt·st artıb. Bu dövrdə bərpa olunan enerji mənbələrinin elektrik istehsalındakı payı təxminən 14% təşkil edib.