BİZNES

16 Yanvar

"Meta" işçi qüvvəsini 5% azalda bilər

Finss.az - "Meta" tərəfindən açıqlanan bəyanatda bilditilir ki, aşağı performans sərgiləyən işçilərin təxminən 5%-ni işdən çıxarmaq niyyətindədir və bu ilin sonunda bu vəzifələri yenidən doldurmağı planlaşdırır.

"Meta"-nın sentyabr ayında 72000 işçi qüvvəsinə istinad edən son rüblük hesabatına görə, bu işdən çıxarılmalar təxminən 3600 işçiyə təsir göstərə bilər.

CEO Mark Zukerberq bəyanatda qeyd edir: - "Mən performansın idarə edilməsində həddi yüksəltmək və aşağı performans göstərənləri daha tez aradan qaldırmaq qərarına gəldim. Biz ilk olaraq il ərzində olardan olan gözləntiləri qarşılamayan işçiləri işdən çıxaracağıq".