Finss.az - 2024-cü ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 104,0 faiz təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Dekabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən stomatoloji xidmətlərin, restoran və kafelər tərəfindən göstərilən iaşə xidmətlərinin, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub.
Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.