Finss.az - 2024-cü ilin dekabr ayında əvvəlki aya nisbətən qida məhsullarından daha çox bahalaşma uzun və yumru düyünün, mal və qoyun ətinin, balıq və balıq məhsullarının, südün, qatığın, şorun, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, almanın, heyvanın, narın, üzümün, qozun, fındığın, şabalıdın, göyərtinin, pomidorun, xiyarın, şirin bibərin, sarımsağın, soğanın, kartofun, qara və yaşıl çayın, ucuzlaşma isə qarabaşaq yarmasının, limonun, portağalın, naringinin, süfrə çuğundurunun, yerkökünün qiymətlərində müşahidə olunub.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.