BİZNES

15 Yanvar

“Azərsu” ASC-nin bu müəssisəsi MMC-yə çevrilir

Finss.az - “Sutikinti” müəssisəsi adını və təşkilati-hüquqi formasını dəyişərək “Sutikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) çevrilir. Müəssisə 2008-ci ildə “Azərsu” ASC-nin “Sutikinti” müəssisəsi olaraq yaradılıb. Nizamnamə kapitalı 1,423,420 manat olan müəssisənin qanuni təmsilçisi İmanlı Orxan Yasəf oğludur. 2023-cü ilin martında isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb və “Azərsu” ASC və digər bağlı qurumlar Agentliyin tabeliyinə verilib.