BİZNES

15 Yanvar

Bakı Limanında konteyner daşımaları 73% artıb

Finss.az - 2024-cü ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında 7,6 milyon ton yük aşırılıb, bu da 2023-cü illə müqayisədə 3,2% artım göstərir.

Bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC məlumat verir.

Bakı Limanında konteynerlərin sayı isə 73% artaraq 76,775 TEU ekvivalentində olub. Limanda 58,169 təkərli texnika qəbul edilib, bu da 7,2% artım deməkdir. Quru yükün həcmi 1 milyon 44 min tondan çox, vaqon sayı isə 37,515 ədəd olub. Tranzit yüklər ümumi yükaşırmanın 70%-ni təşkil edib. Bu artım, Orta Dəhlizə olan marağın artması və inkişaf edən infrastrukturun nəticəsidir. 2024-cü ildə müsbət tendensiyanın davam etməsi gözlənilir.