BİZNES

15 Yanvar

Rusiya Azərbaycana kənd təsərrüfatı məhsulları ixracını 7% artırıb

Finss.az - 2024-cü ilin yanvar-noyabr aylarında Rusiya Azərbaycana təxminən 720 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulları tədarük edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7% artım göstərir. Ən çox tədarük olunan məhsullar arasında buğda (31%), günəbaxan yağı (7%), şokolad (7%), un qənnadı məmulatları və şəkər (4%), marqarin (3%) yer alır. "Aqroeksport" mərkəzinin məlumatına görə, Azərbaycan artan tələbat və sıx ticarət əlaqələri sayəsində Rusiya ixracatçıları üçün mühüm və perspektivli bazar olaraq qalır. 2023-cü ildə isə Azərbaycan və Rusiya arasında kənd təsərrüfatı məhsulları üzrə ticarət dövriyyəsi rekord 1,5 milyard ABŞ dolları olub.