Finss.az - 2024-cü ildə Azərbaycandan Avropaya təxminən 12,9 milyard kubmetr qaz ixrac olunub, bu da illik müqayisədə 9,3% artım deməkdir.
Energetika naziri Pərviz Şahbazov sosial şəbəkədə etdiyi paylaşımda bildirib ki, bu dövr ərzində Türkiyəyə 9,9 milyard kubmetr, Gürcüstana isə 2,4 milyard kubmetr qaz ixrac olunub.
TANAP vasitəsilə Türkiyəyə 5,6 milyard kubmetr qaz nəql edilib.
Ümumilikdə, 2024-cü ildə xaricə qaz satışı 2023-cü illə müqayisədə 5,8% artıb. 2020-ci ilin dekabrından isə TAP vasitəsilə Azərbaycan qazı Avropaya nəql edilməyə başlanıb.