BİZNES

15 Yanvar

Azərbaycanda 2024-cü ildə neft və qaz ixracı artıb

Finss.az - 2024-cü ildə Azərbaycanda neft-kondensat hasilatı 29,1 milyon ton, ixraca nəql edilən həcmlər isə 24,4 milyon ton təşkil edib.

Bu barədə energetika naziri Pərviz Şahbazov sosial şəbəkədə paylaşım edib.

Həmçinin, ötən il qaz hasilatı 50,3 milyard kubmetr olub ki, bu da 2023-cü illə müqayisədə 2 milyard kubmetr artımdır.

İxrac olunan qazın həcmi isə 25,2 milyard kubmetr təşkil edib.