Finss.az - ABŞ Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanın 2024-2025-ci illər üzrə gündəlik neft və digər maye karbohidrogen hasilatı proqnozunu yeniləyib. EIA-nın hesabatına görə, 2024-cü ildə gündəlik hasilat 600 min barel, 2025-ci ildə isə 630 min barel olacaq.
2026-cı il üçün isə gündəlik hasilatın 620 min barel səviyyəsində olması gözlənilir. 2023-cü ildə bu göstərici 620 min barel olub. Qeyd edək ki, 2022-ci ildə gündəlik hasilat 670 min barel, 2021-ci ildə 720 min barel təşkil edib. 2019 və 2020-ci illərdə isə müvafiq olaraq 780 min və 700 min barel səviyyəsində olub.