BİZNES

14 Yanvar

Gəncənin Ekoloji Parkının abadlaşdırılmasına 6,2 milyon xərclənəcək

Finss.az - Gəncə şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinin keçirdiyi tender müsabiqəsi başa çatıb.

Tender Gəncə şəhəri, Əli Məmmədov küçəsində Ekoloji Park Kompleksinin və ətrafının abadlaşdırılması ilə bağlıdır. Müsabiqənin qalibi “Gəncə Körpü Tikinti-2” ASC olub. Satınalma müqaviləsinin dəyəri 6 milyon 189 min 463 manat təşkil edir.

Qeyd edək ki, 2007-ci ildə yaradılan ASC-nin qanuni təmsilçisi Zeynallı Məhərrəm Aslan oğludur və şirkətin nizamnamə kapitalı 143 min 104 manatdır.